.

Yunis Salayev

İdarəedici Partnyor

BDO.LiveSite.People.Contact

BDO.LiveSite.People.ExecutiveSummary

 

Xidmət: Audit | Vergi | Məsləhət | BSO

Yunisin Azərbaycan, Rusiya və digər MDB ölkələrində 19 ildən artıq professional təcrübəsi var. O, BDO-nu Azərbaycanda təsis etmiş CEO kimi, şirkət strategiyalarını inkişaf etdirərək, müştəri əlaqələri, xidmətin çatdırılması, insan resursları, biznes prosesləri və riskləri idarə edir.

Yunis İmtiyazlı Sertifikatlı Mühasib (FCCA, UK), Sertifikatlı Fırıldaqçılıq Eksperti (CFE, US), Sertifikatlı Daxili Auditor (CIA, US), Sertifikatlı İnformasiya Sistemləri Auditoru (CISA, US) və İmtiyazlı Katiblər və İnvestisiya İnstitutunun üzvüdür (MCSI, UK). Onun əsas ixtisaslaşması Beynəlxalq Audit Standartlarına (ISA), Azərbaycan vergi sistemi və risk məsləhətinə uyğun olaraq MHBS (IFRS) maliyyə hesabatlarının auditidir.

Yunis Azərbaycan Dövlət Neft Akademiyasından bakalavr və magistr dərəcəsi, Imperial College London Business School-dan MBA dərəcəsi vardır. O, Xəzər Universitetinin İqtisadiyyat və Menecment məktəbində müəllim olmuşdur.

Yunis Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışır.