• Tarixçəmiz

Tarixçəmiz

Bizim tariximiz müştərilərimizin hər zaman dəyişən ehtiyaclarının həllinə dəstək olmaq salnaməsidir. Şəbəkəmizin təməlini yarım əsr qabaq qoyan bəzi iri firmalarımızın tarixi 100 ildən çoxdur.

  • 1963 – Almaniya, ABŞ, Böyük Britaniya, Kanada və Niderland şirkətləri birləşib Binder Seidman International Group yaratdılar;
  • 1973 - Binder Dijker Otte & Co. adı təsdiq olundu;
  • 1988 – qlobal strukturun yaradılması: artıq BDO akronimi hər bir ölkədəki üzvün adının qarşısında durur;
  • 2010 – bütün dünyada sadəcə BDO kimi tanınırıq.

Bizim bilik və ən qabaqcıl təcrübəyə vurğunluğumuz peşəkar səriştənin şəbəkə içində asanlıqla bölüşdürülməsini labüd edir. Bizim vahid metodologiyamız və İT platformamız xidmətlərin müştərilərə effektiv və səmərəli formada çatdırılmasını təmin edir. Yüksək səviyyəmizi saxlamaq üçün biz sərt akkreditasiya prosesini və keyfiyyətə nəzarət prosedurlarını qurmuşuq.

Biz müştərilərimizə dəyişkən iqtisadiyyat və mürəkkəb bazar şəraitində düzgün həllərin və səmərəli yolların tapılmasında bütün dünya üzrə yüksək keyfiyyətli məsləhət və xidmət göstərməklə hər zaman dəstək vermək üçün çalışırıq.

BDO Beynəlxalq Mühasiblər Federasiyasının Firmalar Forumunun üzvüdür.

BDO Azərbaycan MMC Azərbaycan Respublikasında 1302212761 nömrə altında qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətdir və Böyük Britaniyanın zəmanətlə məhdudlaşdırılmış BDO İnternational Limited şirkətinin üzvüdür, və BDO beynəlxalq şəbəkəsinin tərkib hissəsidir. Şirkətin 60% BDO Eurasia BV, Niderland özəl məhdud məsuliyyətli şirkəti və 40% ZAO BDO, Rusiya qapalı səhmdar cəmiyyətinə məxsusdur. Firmada bir milli lisenziyalı auditor və iki Britaniya sertifikatlı mühasib çalışır. Audit gəlirləri firmanın ümumi dövriyyəsinin təxminən 60% təşkil edir.

Beynəlxalq BDO müstəqil şirkətlər şəbəkəsində (‘BDO şəbəkəsi’) xidmətlərin təqdim olunması Belçikada yaradılan və ofisi Brüsseldə olan Brussels Worldwide Services BVBA tərəfindən koordinasiya olunur.

BDO International Limited (qarantiya ilə məhdudlaşdırılmış Böyük Britaniya şirkəti, BDO şəbəkəsinin idarəedici qurumu), Brussels Worldwide Services BVBA və üzv firmaların hər biri ayrıca hüquqi şəxsdir və digər belə şəxsin səhvlərinə görə heç bir məsuliyyət daşımır. BDO şəbəkəsinin təşkilatında və ya qaydalarında heç bir şey BDO İntenational Limited, Brussels Worldwide Services BVBA və üzv firmaların agent münasibətlərini və ya şərikliyini ehtiva etmir. BDO adı şəbəkənin və hər bir üzv firmanın brend adıdır.

BDO Azərbaycan MMC 1 oktyabr 2010-cu il tarixindən etibarən dünyada 5-ci ən böyük auditor şəbəkəsi olan BDO qlobal şəbəkəsinin Azərbaycanda ilk və yeganə rəsmi üzvüdür.

BDO beynəlxalq şəbəkəsi dünyanın 135 ölkəsində 1,118 ofisində çalışan 49,000 əməkdaşı birləşdirən bir şəbəkədir. Müştərilərimiz arasında ən qabaqcıl beynəlxalq və yerli şirkətlər, dövlət qurumları və qeyri-kommersiya təşkilatları yer tapır.

BDO-nun hesabatları dünya investorları, o cümlədən London, Nyu-York, NASDAQ, Frankfurt, Tokio və Şanxay Fond Birjalarının iştirakçıları üçün keyfiyyətə əminlik deməkdir. Bizim hesabatlar iri banklar və bütün beynəlxalq maliyyə qurumları (EBRD, IFC, Dünya Bankı) tərəfindən qəbul edilir. Lakin bizim fəaliyyətimiz tək auditlə məhdudlaşmır. BDO-nun üzv firmaları audit, mühasibat uçotu, korporativ maliyyə, İslam maliyyəsi, qiymətləndirmə, korporativ idarəetmə sistemləri, biznes konsaltinq və sair sahələrdə peşəkar xidmət göstərir. BDO mühasibat sahəsində dünyanın ən nüfuzlu qurumu olan Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Firmalar Forumunun üzvü, ACCA, AICPA, ICAEW, ICAS kimi peşəkar təşkilatların yaxın tərəfdaşıdır.

BDO Azərbaycan özündə BDO-nun qlobal imkanlarının və beynəlxalq təcrübəyə malik olan yerli partnyorların səriştəsinin vəhdət tapdığı bir şirkətdir. Mütəxəssislə-rimiz Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS), Beynəlxalq Audit Standartları (ISA), US GAAP sahəsində, habelə milli vergi və hüquq sistemində dərin bilik və geniş təcrübəyə malikdir. İşimizin əsas prinsiplərindən biri müştəriyə yaxınlıq, onun ehtiyaclarının başa düşülməsi və qarşısında duran məsələlərin həll edilməsinə dəstək göstərməkdən ibarətdir.

BDO-nun Azərbaycandakı üzvü kimi biz müştərilərimizə xidmət təqdim edərkən qlobal imkanlarımızdan yararlanırıq. BDO Üzv Firmalar adlanan audit və məsləhət şirkətlərini birləşdirən bir şəbəkədir. BDO 135 ölkədə təmsil olunan dünyada beşinci ən böyük audit və peşəkar xidmətlər şəbəkəsidir.