BDO tərəfindən “IFRS 17-yə giriş” adlı təlim keçirilmişdir

BDO tərəfindən “IFRS 17-yə giriş” adlı təlim keçirilmişdir

6 dekabr 2022-ci il tarixində BDO tərəfindən “IFRS 17-yə giriş” adlı təlim keçirilmişdir.

Təlimin məqsədi iştirakçılara yaxın zamanda qüvvəyə minməsi nəzərdə tutulan və bu səbəbdən hazırda olduqca aktual olan IFRS 17 standartı barədə məlumat vermək və bu sahədə tətbiq olunacaq yenilikləri iştirakçıların nəzərinə çatdırmaqdan ibarət idi.

IFRS 17 Standartı, IFRS 4 “Sığorta Müqavilələrini” əvəz etmək üçün sığorta müqavilələri sahəsində yeni maliyyə tənzimetmə mexanizmi kimi 2017-ci ildə Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) tərəfindən qəbul olunmuşdur. Mütəxəssislər tərəfindən mürəkkəb bir standart kimi qiymətləndirilmiş bu sənəd, 1 yanvar 2023-cü il tarixindən artıq qüvvəyə minmiş və tətbiqi sığorta şirkətləri üçün məcburi olmuşdur.

Sözügedən təlimdə Azərbaycanda fəaliyyət göstərən bütün sığorta şirkətləri və İcbari Sığorta Bürosu təmsil olunmuşdur. Həmin qurumların direktorları, mühasibləri və aktuarları üçün nəzərdə tutulmuş bu təlim, hədəf auditoriyası tərəfindən böyük maraqla qarşılandı.

BDO-nun təqdimatçıları təlim mövzusuna aid faydalı məlumat və təcrübəni iştirakçılarla bölüşmüş, auditoriyaya mövzuya aid suallar ünvanlamış və yaranan sualları cavablandırmışdır. Beləliklə, tədbir interaktiv formada təşkil olunaraq həmçinin maraqlı müzakirələrə səbəb olmuşdur.

Qeyd etmək istərdik ki, BDO-nun Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək proqramı çərçivəsində təlim elektron cihazlara üstünlük verməklə minimum kağız israfı ilə keçirilmişdir.

Təlim “Wyndham Garden Baku” otelində bütün günü əhatə edəcək proqrama uyğun təşkil olunmuşdur.

Təlimi sonadək dinləyən iştirakçılar BDO tərəfindən “İştirakçı Sertifikatları” ilə təltif edildi.