Maliyyə Hesabatları

Maliyyə Hesabatları

Azərbaycanda maliyyə hesabatları dəyişir. Əksər investorlar tərəfindən şirkətlərdən MHBS hesabatı gözlənilir. MHBS əsasında hesabat verən şirkətlər dəyişikliklərin kommersiya, vergitutma və mühasibat nəticələrini nəzərə almalı olacaqlar.
MHBS-ni qəbul edən şirkətlər, həmçinin gəlirin uçotu üzrə 15 №-li MHBS-nin tətbiqi ilə əlaqədar dəyişiklikləri nəzərə almalıdırlar. Təşkilatlarınızın hansı mühasibat sistemlərini qəbul etməsindən asılı olmayaraq, BDO-da onların ilk dəfə qəbul edilməsi və ya xüsusi mühasibat uçotu üsulları ilə bağlı dəstək və məsləhət vermək üçün bacarıq və təcrübəmiz var.
Bu tapşırıq növü Əlaqədar Xidmətlər üzrə Beynəlxalq Standart (ISRS) 4410, Maliyyə Hesabatlarının Tərtib Edilməsi üzrə Tapşırıqlar ilə tənzimlənir. Maliyyə hesabatlarında dəyişiklik sürəti azalmır, lakin biz sizi dəyişikliklərin mahiyyəti haqqında məlumatlandıra və onların biznesinizə təsirini başa düşməyinizə kömək edə bilərik.