Kapital Bazarları

Kapital Bazarları

Kapital bazarlarının enerjili dünyası mürəkkəb və dinamikdir. Geniş çeşiddə siyasi, iqtisadi və korporativ tədbirlər bazarın dəyişkənliyinə və istiqamətinə təsir edir. Bazarların over-the-counter (OTC) və yerdəyişməsinin yerli və beynəlxalq iqtisadiyyatlarda oynadığı mühüm rolu var. Sənaye daha böyük şəffaflıq, uyğun mərkəzləşdirilmiş təmizləmə və artan tənzimləyici nəzarət tələb edən gələcək qanunverici və tənzimləyici təşəbbüslərlə üzləşir.

Biz kapital bazarları iştirakçılarının üzləşdiyi normativ uçotu, mühasibat, qiymətləndirmə sistemlər və nəzarət məsələləri üzrə məsləhət verməkdə təcrübəliyik. Biz inanırıq ki, risklərin idarə edilməsinin idarəetmə və biznes qərar qəbuletməsi ilə inteqrasiyası bazar özgüvənini bərpa etməkdə və irəli getməkdə çox əhəmiyyətlidir. Bizim həm də şirkətlərin daha çox risk və uzun müddətli biznes hədəfləri götürə bilməsi üçün onların mükafatlandırma strategiyaları üzrə məsləhət verməkdə təcrübəmiz var.

Bizim bugünkü kapital bazarının üzləşdiyi çətinliklər barəsində dərin anlayışımız var. Biz sektorlara tam xidmət imkanları təmin edirik və bizim mütəxəssis kapital bazarları komandasının şirkətlərin getdikcə artan turbulent bazarda sağ qalmasına və böyüməsinə kömək edən sənaye məsələlərinin həllində əhəmiyyətli təcrübəsi var.

Spesifik olaraq biz aşağıdakı sahələrdə fokuslanmışıq:

  • Audit, vergi və nəzarət əminliyi - o cümlədən, texniki mühasibat uçotu, maliyyə alətləri, due diligence (şirkətin fəaliyyətinin qiymətləndirilməsi) və vergi planlaşdırılması;
  • İdarəetmə və inteqrasiya olunmuş risk idarə edilməsi;
  • Tənzimləmə və uyğunluq xidmətləri;
  • Daxili audit xidməti, o cümlədən birgə mənbə və tam kənar iş;
  • İT məsləhət xidmətləri, o cümlədən sistem seçimi/həyata keçirilməsi, İT təhlükəsizlik və məlumatların analitikası.