GÖZLƏNİLMƏDƏN BİZNESİNİZİ SATMAQ TƏKLİFİ ALDINIZ – BƏS İNDİ NƏ ETMƏK LAZIMDIR?

Bundan sonra nə edirsiniz?

Biznesinizin satın alınmasına dair gözlənilməz təklif almağı həm qürurlandırıcı amil, həm də uğurunuzun təsdiqləyicisi hesab etmək olar. Lakin, biznesinizi qurmağa həsr etdiyiniz uzun illər və zəhmətdən sonra artıq çıxmaq vaxtı olduğuna necə qərar verəcəksiniz? İlk nəzərə almalı olduğunuz sualların bəziləri bunlardır:

Gözlənilməz təklifə necə hazır olmalısınız 

Gözlənilməz təkliflər qabaqcadan görülmür, ona görə də ən yaxşı strategiya həmişə hazır olmaqdır. 
Bunun üçün məsləhət də kifayət qədər sadədir:

  • Vergi uçotunu düzgün aparın 

  • Potensial olaraq sizi əvəz edə biləcək komanda qurun 

  • Müəssisənizdəki hər hansı daxili və ya kənar mühit problemləridən həmişə xəbərdar olun 

  • Çalışdığınız sahənin qiymətləndirmə meyarlarını yaxşı anlayın 

  • Hesabatlarınızdan xəbardar olun, çünki sizdən soruşa bilərlər 

BDO məsləhətçiləri   bunların hamısında sizə kömək edə bilərlər. Həmçinin təklif gələndə də onlar sizə bütün bu məsələlərdə köməklik göstərə bilərlər. 

Bizim xəbərləri ara-sıra yoxlayın ki, gözlənilməz təkliflərə baxmağa (və yə belə təkliflər etməyə) hazır ola biləsiniz. 

Legal doc

Hüquqi sənədləşmə

Biznes sahibkarların çoxu adi bir biznes alqı-satqısının altında yatan hüquqi sənədləşmənin həcminə təəccüblənir. Əqdlərlə iş təcrübəsi olan bir hüquqşünasınızın olması prosesin idarə olunmasında kömək üçün başlıca meyardır.

Negotiation

Danışıqlar

Əgər siz və alıcı biznesin müxtəlif ünsürlərinə (məsələn, işçilərinizə və ya inkişaf etdirdiyiniz müştəri münasibətlərinizə) fərqli dəyər verirsinizsə, o zaman bu proses kifayət qədər emosional ola bilər. Yadda saxlayın: bu şəxsi məsələ deyil. Onlar mümkün qədər az ödəməyə çalışırlar və siz mümkün qədər çox qazanmağa çalışırsınız. Qiymətdən əlavə, müzakirə olunacaq inanılmaz sayda xırdlıqlar ola bilər. Diqqəti ümumi mənzərəyə yönəltmək və kiçik məsələlərə qapılmamaq vacibdir.

Due diligence

Due diligence (Lazımi araşdırma)

Bu, alıcının maliyyə, əməliyyatlar və nüfuz baxımından nə aldığını anladığından əmin olmaq üçün sizin biznesinizlə dərindən tanış olduğu məqamdır. Eyni zamanda, siz də alıcını dəyərləndirmək fürsətindən yararlanacaqsınız. Proses adətən iştirak edən tərəflərdən, məlumatın keyfiyyətindən və üzə çıxan məsələlərdən asılı olaraq üç – dörd ay və ya daha uzun müddət davam edir.

 

Əgər satmağa qərar versəniz, növbəti tipik addımlar bunlardır:

 

Alıcı ortaq ola bilər mi?

Əgər siz və alıcı fərqli, amma bir-birini tamamlayan keyfiyyətlərə sahibsinizsə, gələcəkdə biznesin daha dəyərli olması üçün onu birlikdə genişləndirmək potensialı varmı?

OwnerPartner

Satışdan sonra alıcınız üçün işləməyə hazırsınızmı?

Əgər biznesin sizin təcrübənizə ehtiyacı varsa, özünüzü təsis etdiyiniz şirkətdə işçi kimi görə bilirsinizmi? Vəzifənizi tam və ya qismən üzərinə götürə biləcək işçiləriniz varmı?

BuilderHelpPuzzle

Tamamilə uzaqlaşmağa hazırsınızmı?

Hazır deyilsinizsə, şirkətin paylarının bir hissəsinə sahib olmağa və şirkətdə bir vəzifəyə təyin olunmağa maraqlı olarsınızmı?

OwnerBriefcase

Əgər satıb təqaüdə çıxsanız, bundan sonra nə olacaq, bilirsinizmi?

Təqaüdə çıxmaq üçün maddi cəhətdən hazırsınızmı? O hədəfə çatmaq üçün hansı satış qiymətini tələb edirsiniz? Sizin üçün təqaüdün necə olacağını bilirsinizmi?

Mountain manFlagRetiree

Ümumiyyətlə satmağa hazırsınızmı?

Satış haqqında danışıqlar aparmaq və onu tamamlamaq əhəmiyyətli emosional və vaxt sərmayəsi tələb edir. Tələb olunanı verməyə hazırsınızmı? 

Money bagCoin stack

 

Subscribe to receive the latest BDO News and Insights

Please fill out the following form to access the download.