• Benefisiar Sahiblik

Ümumi Baxış

Məlumat:  5 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölkədə neft, qaz və mədən sənayesində şəffaf hesabat prosesinin aparılması üçün Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya (HSŞK) yaradıldı. HSŞK-nın katiblik funksiyası Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) nəzdindədir. HSŞK Katibliyinin səlahiyyətlərinə hasilat sənayesində şəffaflığın təmin olunması üçün qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərə baxılması daxildir. Bu iş Azərbaycanın hasilat sənayesində benefisiar sahibliyin yol xəritəsinin (BSYX) tətbiqini əhatə edir. Şəffaf hesabatlılığa davam edən bağlılığın bir hissəsi kimi HSŞK hazırda bu yol xəritəsinin tətbiqinə dəstək axtarır.

Benefisiar sahiblik: Benefisiar sahiblik nəticə etibarilə bir şirkət və ya ticarət fəaliyyətindən birbaşa və ya dolaylı fayda təmin edən fiziki şəxsə aid edilir. Benefisiar sahibliyin açıqlanmasının vahid qlobal standartı yoxdur. Müxtəlif təfərrüatlı təriflər var və bu layihə Azərbaycan üçün uyğun tərifin tərtib edilməsini əhatə edir.

Layihə: Asiya İnkişaf Bankı ARDNF-in müraciətinə müvafiq olaraq ölkənin hasilat sənayesində daha irəli şəffaflıq tədbirlərinin görülməsi məqsədilə layihəni maliyyələşdirir.

AİB rəqabətli tender prosesindən sonra BSYX-nin tətbiqi layihəsini icra etmək üçün BDO Azərbaycan, Engaged Consulting və Michael Barron Consulting daxil olmaqla məsləhətçilər konsorsiumu seçdi.

Layihə Sahibi

Layihənin maliyyə sponsoru

Məsləhətçilər

Layihə hasilat sənayesinə fokuslanır və ən azından neft, qaz və digər mineralların kəşfiyyat, inkişafı, hasilatı, saxlanması, nəqli və ixracı (“upstream” və “midstream”) ilə məşğul olan şirkətləri, o cümlədən bu fəaliyyətlərə investisiya qoyan və ya mühəndislik, təchizat və tikinti, əməliyyat və xidmət və ya digər uzunmüddətli xidmət müqaviləsinə girən şirkətləri əhatə edir.

Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin tətbiqinə dəstək üçün sual-cavab Cədvəlini buradan endirə və baxa bilərsiniz.