Alternativ Enerji

Alternativ Enerji

Biz öz enerji istehlakımızı istehsal etmə, saxlama və idarə etməklə inqilabi bir dövr yaşayırıq. Enerji və digər resurslar üzərindəki bazar təzyiqi artan tənzimləmə ilə birləşərək, daha az karbon yaradılmasına qarşı paradiqma yerdəyişməsi və resurs səmərəli daha çox məhsul və xidmətə tələbat yaratmışdır. Hökumətlər və bizneslər münasib və dayanıqlı enerji təchizatının təhlükəsizliyini təmin etməklə yanaşı ənənəvi qalıq yanacaq emissiyalarını necə azaltmaq haqqında dərin düşünürlər. Bu yeni qlobal diqqət developerlər, texnologiya təchizatçıları və investorlar üçün geniş imkanlar yaratmışdır.

BDO-da biz resurs limitli dünyada fəaliyyət göstərməyin enerji istehsalı ilə bağlı yeni düşüncə tərzi, yeni işləmə yolları və resurs istehlakı ilə bağlı yeni yanaşmalar tələb etdiyini başa düşürük. Biz alternativ enerji sənayesinin önündəyik, korporativ dayanıqlılıq və təmiz texnologiyanın kommersializasiyası üzrə lider məsləhətçiyik. Biz layihə maliyyələşdirilməsi, maliyyə modelləşdirməsi, due diligence, qiymətləndirmə, vergi və strateji məsləhət işləri üzrə ixtisaslaşmışıq.

Bizim müştəri bazamıza böyük korporativ təşkilatlar, hökumətlər, enerji istehsalçıları və texnologiya təchizatçıları daxildir. Biz texnologiyalar üzrə quru və dəniz küləyi də daxil olmaqla, günəş, enerji tullantıları, anaerob həzm, biokütlə, təmi texnologiyanın inkişafı və enerji səmərəliliyində ekspertliyimizi göstərən Qərbi Avropa, Orta Asiya, ABŞ və Afrika boyu olan layihələr üzərində çalışırıq.