İslam Bankçılığı

İslam Bankçılığı

BDO İslam Maliyyə Məsləhətçiliyi (IFA) İslam Maliyyə Sənayesinə güc inşaatçısı və həll təminatçısı kimi xidmət verməsi üçün yaradılmışdır. Biz Körfəz ölkələri və Orta Şərq ofisləri, BDO Qlobal Şəbəkəsi vasitəsilə beynəlxalq çıxışımız olan stratejik müttəfiqlərimizin güclü varlığı ilə sənayeni idarə edən expertlərik. Bizim ofisimiz dünyadakı BDO ekspertləri ilə çiyin-çiyinı işləyən, İngilis və Ərəb dillərində danışan partnyorlarımız və məsləhətçilərimizdən ibarət olmaqla Orta Şərqdə yerləşir.

İslam bankçılığı İslam qanunları (Şəriət) ilə uyğunlaşan və İslam iqtisadiyyatı vasitəsilə praktiki tətbiq olunan bankçılıq sisteminə və ya bankçılıq fəaliyyətinə deyilir. Şəriət pulun borc verilməsi və ya qəbul olunmasına görə faiz ödənişini və ya qəbulunu (Riba, sələmçilik), həmçinin qanunlarına zidd (Haram) olan məhsul və xidmətlər olan bizneslərə yatırım etməyi qadağan edir. Əvvəllər bu qaydaların çiçəklənən iqtisadiyyatın əsası kimi istifadə olunmasına baxmayaraq, yalnız 20-ci əsrin sonlarında bir neçə İslam bankı müsəlman cəmiyyətlərində bu qaydaları özəl və yarı-özəl kommersiya institutlarına tətbiq etmək üçün formalaşdılar.