Uyğunluq və Etika

Hər bir BDO işçisi BDO Etika və Biznes Qaydalarına riayət etməkdə və iş yerində etik dilemma ilə qarşılaşdıqda düzgün hərəkət etməkdə daima məsuldur.

Bizim Qaydalar BDO-nun partnyorları, işçiləri, potensial müştəriləri, hazırkı müştəriləri, keçmiş işçiləri, rəqibləri, ictimaiyyət və media ilə münasibətləri tənzimləyir.

Bu qaydalara uyğunluq iş və partnyorluq vəziyyətidir və buna riayət etməmək müvafiq intizam məsuliyyəti, o cümlədən xitamla nəticələnə bilər.

BDO-nun Etika və Biznes Koduna nələr daxildir?

Qanunlara, nizamnamələrə və yaxud peşəkar standartlara riayət etməmək və qeyri-etik davranış BDO-nun Etika və Biznes Kodunu pozmaqdır.

Bəzi spesifik pozuntulara misallar:

  • Müvafiq olmayan siyasi fəaliyyətlər və qatqılar
  • Müvafiq olmayan hədiyyələr və əyləncə
  • Qanunsuz ayrı-seçkilik və ya təcüvüz
  • Maddə asılılığı
  • Sənədlərin saxtalaşdırılması
  • İş yerində zorakılıq
  • Vaxt və xərclərin uyğun olmayan hesabatı
  • Maraq münaqişəsi
  • Məxfiliyin pozulması
  • Şirkət və ya müştəri resursundan uyğun olmayan istifadə
  • Şirkət və ya müştəri sənədlərinin uyğunsuz şəkildə silinməsi
  • Müvafiq qanun və qaydalara əməl etməmək
  • Daxili ticarət və ya digər qiymətli kağız qanun pozuntuları
  • Digər BDO siyasətlərinin pozulması